Saytımızı qiymətləndirin


 
 

Türkiyəli deputatlar nəyə and içir - MƏTN
Tarix: 02-06-2023 | Saat: 17:43
Bölmə:Karusel / Siyasət | çapa göndər

Türkiyəli deputatlar nəyə and içir - MƏTN

 

Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) 28-ci çağırış üzvlərinin andiçmə mərasimi keçirilib.

 

Qarabaginfo.az xəbər verir ki, məclis İstiqlal Marşının səslənməsi ilə başlayıb.

 

İlk olaraq iclasa sədrlik edən Dövlət Bağçalı and içib və ardınca Rəcəb Tayyib Ərdoğanı yenidən Türkiyə Prezidenti seçilməsi münasibətilə təbrik edib.

 

Daha sonra deputatlar bir-bir and içməyə başlayıb. Millət vəkilləri and içərkən aşağıdakı mətni oxuyurlar:

 

"Dövlətin varlığını və müstəqilliyini, vətənin və millətin bölünməz bütövlüyünü, millətin qeyd-şərtsiz suverenliyini qoruyacağıma, qanunun aliliyinə, demokratik və dünyəvi Cümhuriyyətə, Atatürkün prinsiplərinə və inqilablarına sadiq qalacağıma, cəmiyyətin əmin-amanlığı və rifahı, milli həmrəylik və ədalət anlayışı, Konstitusiyaya sadiqlik şəraitində hər kəsin insan hüquq və əsas azadlıqlarından istifadə etmək idealından kənara çıxmayacağıma böyük türk milləti qarşısında namusum və şərəfim üzərinə and içirəm”.(Modern.az)



Xəbəri paylaş

1174 dəfə oxunub.

Digər xəbərlər