Saytımızı qiymətləndirin


 
 

Putin Makronu maral ətinə və rus şərablarına qonaq edib - Kremldən AÇIQLAMA
Tarix: 09-02-2022 | Saat: 09:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

Putin və Makron arasında telefon danışığı olub

Fransa prezidenti Emmanuel Makronun 7 fevral tarixli Moskva səfəri xarici medainın gündəmindən düşmür.

Qarabaginfo.az-ın məlumatına görə, mətbuat indi də Makronun niyə Kremldə deyil, oteldə gecələdiyini, iki prezidentin nə yeyib-içdiyini araşdırıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Fransa prezidentinin öz istəyi ilə Kremldə deyil, oteldə gecələdiyini bildirib.

 “Bu, bizim qonaqlarımızın öz seçimidir”, - Peskov deyib.

Bundan əlavə, Peskovun sözlərinə görə, hazırda Kremlin özündə otel otaqları təmir olunur.

"Qonaqların əksəriyyəti hələ də otellərdə qalmağa üstünlük verir, çünki Kreml bütün nümayəndə heyətini qəbul edə bilmir".

Mətbuat katibi xatırladıb ki, iki prezidentin isti naharında rus mətbəxi və rus şərabları olub. Putin Makronu nərə balığı, maral əti, armudlu piroq və digər yeməklərə qonaq edib.

Menyudakı spirtli içkilər arasında 2015-ci ildə Rusiyada istehsal olunmuş "Şardone", "Usadba Divnomorskoye" və "Rebo" şərabı da olub.

Danışıqlar başa çatdıqdan sonra Makron Qızıl Meydanda gecə gəzintisinə çıxıb.

Peskovun sözlərinə görə, Fransa prezidentinin təhlükəsizliyi lazımi səviyyədə təmin edilib.



Xəbəri paylaş

259 dəfə oxunub.

Digər xəbərlər