Tarix: 21-08-2024 | Saat: 20:35
Bölmə:Karusel / Siyasət | çapa göndər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 22-23-də Özbəkistana dövlət səfəri edəcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Səfər Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə baş tutacaq.
Daşkənd şəhərində Özbəkistan və Azərbaycan liderlərinin sədrliyi ilə Ali Dövlətlərarası Şuranın birinci iclası və yüksək səviyyəli danışıqların keçirilməsi planlaşdırılır.
Sammitin gündəliyinə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi və genişləndirilməsi məsələləri daxil edilib.
Diqqət mərkəzində qarşılıqlı dövriyyənin artırılması, kooperativ layihələrinin yeni portfelinin yaradılması, işgüzar əlaqələrin inkişafı, o cümlədən bölgələrarası birja, nəqliyyat-kommunikasiya potensialının açılması, mədəni-humanitar əlaqələrin intensivləşdirilməsi və digər məsələlər olacaq.
Prezidentlərin iki ölkənin biznes nümayəndələri ilə birgə görüşü, bir sıra işgüzar və mədəni tədbirlərdə iştirakı da nəzərdə tutulub.
Digər xəbərlər