Saytımızı qiymətləndirin


 
 

100 erməni hərbçi Qazaxıstana GETDİ
Tarix: 07-01-2022 | Saat: 14:21
Bölmə:Karusel / Region | çapa göndər

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları tərkibinə daxil olan erməni hərbçilər bu gün Qazaxıstana yola düşüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ermənistan məhdud müddətə Qazaxıstana 100 nəfərdən ibarət hərbi heyət göndərib. 

“Missiya zamanı Ermənistan sülhməramlı bölməsi müstəsna olaraq bina və obyektlərin, eləcə də strateji infrastrukturun mühafizəsi funksiyalarını yerinə yetirəcək”, - Müdafiə Nazirliyinin məlumatında deyilir.


Xatırladaq ki, Rusiya KTMT sülhməramlılarının tərkibində Qazaxıstana 3000, Belarus 500, Tacikistan 200, Qırğızıstan isə 150 nəfər göndərəcək.


Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb. Yanvarın 4, 5 və 6-da Almatıda təhlükəsizlik qüvvələri ilə toqquşmalar baş verib, ölənlər var. Şəhərə böyük ziyan dəyib, mağazalar, ofislər, bankomatlar talan edilib.
 

Bütün Qazaxıstanda internet bağlanıb, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb. Yanvarın 19-dək bütün Qazaxıstanda fövqəladə vəziyyət rejimi tətbiq edilib.
 

KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası prezident Tokayevin müraciətindən sonra Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib. Onlar asayişin bərpası ilə deyil, hərbi infrastrukturun və digər strateji əhəmiyyətli obyektlərin mühafizəsi ilə məşğuldurlar.(Modern.az)



Xəbəri paylaş

1277 dəfə oxunub.

Digər xəbərlər