Ana Sayfa > Karusel / Region > 100 erməni hərbçi Qazaxıstana GETDİ
100 erməni hərbçi Qazaxıstana GETDİ7-01-2022, 14:21. Yazar: Admin |
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları tərkibinə daxil olan erməni hərbçilər bu gün Qazaxıstana yola düşüb. Ermənistan məhdud müddətə Qazaxıstana 100 nəfərdən ibarət hərbi heyət göndərib.
Bütün Qazaxıstanda internet bağlanıb, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb. Yanvarın 19-dək bütün Qazaxıstanda fövqəladə vəziyyət rejimi tətbiq edilib. KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası prezident Tokayevin müraciətindən sonra Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib. Onlar asayişin bərpası ilə deyil, hərbi infrastrukturun və digər strateji əhəmiyyətli obyektlərin mühafizəsi ilə məşğuldurlar.(Modern.az) Geri dön |