Tarix: 23-02-2024 | Saat: 15:44
Bölmə:Karusel / Dünya | çapa göndər
ABŞ Ukraynada davam edən müharibə və Aleksey Navalnının ölümü ilə əlaqədar Rusiyaya qarşı 500-dən çox yeni sanksiya tətbiq edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Baydenin Ukraynada müharibənin ikinci ildönümünə dair bəyanatında bildirilib.
Ağ Evin rəsmi internet saytına yerləşdirilmiş bəyanatda qeyd olunub ki, bu sanksiyalar Navalnının həbsi ilə əlaqəli şəxsləri, Rusiyanın maliyyə sektorunu, müdafiə sənayesi bazasını, satınalma şəbəkələrini və müxtəlif qitələrdə Moskvanın sanksiyalardan yayınmasına yardım edənləri hədəfə alıb.
“Biz həmçinin 100-ə yaxın müəssisəyə Rusiya müharibə maşınına arxa qapı dəstəyi göstərdiyinə görə yeni ixrac məhdudiyyətləri tətbiq edirik. Biz Rusiyanın enerji gəlirlərini daha da azaltmaq üçün tədbirlər görürük. Mən komandama vətəndaş cəmiyyətinə, müstəqil mediaya və bütün dünyada demokratiya uğrunda mübarizə aparanlara dəstəyi gücləndirmək tapşırığı vermişəm”, - deyə bəyanatda bildirilib.
Digər xəbərlər