Tarix: 11-01-2022 | Saat: 18:29
Bölmə:Karusel / Gündəm | çapa göndər
Yanvarın 11-nə Azərbaycan əhalisinin 46%-dən çoxu yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndin hər iki dozasını vurdurub. Birinci mərhələ üzrə vaksinasiya olunan əhalinin nisbəti isə 51%-i aşıb.
Qarabaginfo.az "Our World in Data" qeyri-hökumət təşkilatına istinadən verdiyi məlumata görə, dünyada hər iki doza qəbul edən əhalinin payı yanvarın 10-na 50,3%, ən azı bir doza qəbul edən əhalinin payı isə 59,2% təşkil edib.
Avropa İttifaqı üzrə tam vaksinasiyanın orta göstəricisi 69,9%, Asiya üzrə 58%, Cənubi Amerikada isə 64,7% təşkil edir. Afrika qitəsi üzrə bu göstərici olduqca aşağıdır – 9,7%.
Qeyd edək ki, hazırda dünyada ən yüksək tam vaksinasiya səviyyəsi Cəbəllütariq (118,96%), BƏƏ (91,7%), Bruney (90,8%), Portuqaliya (89,9%), Çili (86,6%), Sinqapur (86,6%), Kuba (85,9%), Malta (84,7%) və Çindədir (84,2%). Tam vaksinasiya üzrə ən aşağı (1%-dən aşağı) göstəricisi isə hazırda Haitidə, Çadda, Konqoda və Burundidə müşahidə olunur. Cənubi Sudan, Efiopiya, Yəmən, Qvineya-Bisau və Niger kimi ölkələrdə sözügedən göstərici 1-2% aralığındadır.
Digər xəbərlər