“Qorbaçovla ölkəni itirdik, Putinlə isə onu yenidən əldə etdik”.
Qarabaginfo.az bildirir ki, bu sözləri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Böyük Britaniya ilə 1956-cı ildə imzalanmış balıq ovu müqaviləsinin ləğvi ilə bağlı qərarı şərh edərkən deyib.
Spiker SSRİ-nin birinci prezidenti Mixail Qorbaçov və Rusiyanın indiki rəhbəri Putinin iqtidarda olduğu ölkə ilə vəziyyəti müqayisə edib.
“Onlar soruşanda ki, sanksiyalara cavab verə bilərikmi? Əlbəttə bilərik. Siyasət hərəkətlər və qərarlardır. Qorbaçovla ölkəni itirdik, Putinlə isə onu yenidən əldə etdik. Krım Rusiyaya qayıtdı, Donbass və Novorossiyadakı qardaşlarımız qorundu, bu gün isə təbii sərvətləri qaytardıq. Müqavilənin denonsasiyasından sonra balıqçılarımız doğma Barents dənizində daha çox balıq tuta biləcək və bu, vətəndaşlarımız üçün daha əlçatan olacaq” – Volodin Telegram kanalında yazıb.
Dövlət Duması fevralın 21-i ərəfəsində Britaniya balıqçı gəmilərinin Barents dənizində balıq tuta bilməsi haqqında SSRİ ilə Böyük Britaniya arasında balıqçılıq haqqında sazişi ləğv edib.