Tarix: 12-11-2021 | Saat: 18:28
Bölmə:Karusel / Siyasət | çapa göndər
“Regional mənada nəqliyyat və logistika sahəsində Zəngəzur dəhlizinin açılması bütün bölgə üçün yeni imkanlar yaradacaq”.
Qarabaginfo.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə deyib.
Dövlət başçısı əmin olduğunu bildirib ki, işğalçılıq siyasətinə görə məğlub vəziyyətə düşən Ermənistan da bütün ərazi iddialarının əslində onun üçün faydalı olmadığını anlayacaq: “Ya Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkəcəklər, ya da özlərini çətin vəziyyətdə görəcəklər”.
Prezident qeyd edib ki, Zəngəzur dəhlizi Türk dünyasını bir-birinə bağlayacaq: “Bu bizi Avropaya bağlayan koridor olacaq. Çox vacib layihədir, böyük potensiallara sahibdir. Çox aktiv səylər var. Zəngəzur koridoru ilə bağlı Naxçıvan zirvəsində açılış nitqi demişdim. O zaman demişdim ki, 1920-ci ildə Sovet rəsmiləri Azərbaycanı parçalamış, Zəngəzurun bir hissəsini Ermənistana vermiş və bu şəkildə türk dünyasını bölmüşdülər. Bu gün Türk dünyası coğrafiyasını nəqliyyat və logistika layihələri səyəsində təkrar birləşdiririk. Bu coğrafiya artıq bu gün parçalanmış halından təkrar birləşdirilmiş halına qayıdır”.
Digər xəbərlər