Saytımızı qiymətləndirin


 
 

Ekvador sovet silahlarını Ukraynaya verməkdən imtina etdi - Rusiya banan almaz...
Tarix: 20-02-2024 | Saat: 11:31
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Ekvador sovet silahlarını Ukraynaya verməkdən imtina etdi - Rusiya banan almaz...

Rusiyanın Ekvadordan banan və güllərinin idxalına embarqo tətbiq etməklə hədələməsindən sonra bu ölkə köhnə sovet silahlarını Ukraynaya verməkdən imtina edib.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

 

Yanvar ayında prezident Daniel Noboa Ekvadorun narkotik kartelləri ilə mübarizə üçün lazım olan təxminən 200 milyon dollar dəyərində yeni Amerika silahları ilə "metal qırıntılarına" çevrildiyini söylədiyi Rusiya hərbi texnikasını dəyişdirməyə razılaşdığını açıqlayıb.

 

Ekvador ABŞ-a 6 Rusiya hərbi helikopteri, uzaqmənzilli raket buraxılış sistemləri və hava hücumundan müdafiə sistemləri göndərməyi planlaşdırırdı.

 

Bundan sonra Rusiya Ekvador bananları və çiçəklərində aşkar edilən zərərvericiləri əsas gətirərək idxalına embarqo tətbiq etməklə cavab tədbirləri görəcəyi ilə hədələyib. Bu gün Ekvadorun xarici işlər naziri Qabriela Sommerfeld ABŞ Konqresinin komitəsində Ekvadorun öz qərarına yenidən baxdığını bildirib.



Xəbəri paylaş

137 dəfə oxunub.

Digər xəbərlər