Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi, üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirlərinə dair" Bakıda beynəlxalq konfrans işə başlayıb.
"Qarabaginfo" "Report"a istinadən xəbər verir ki, konfrans zamanı iştirakçılar işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərin qarşısının alınması, üçüncü tərəflərin məsuliyyəti və onların münaqişənin həllinə təsirləri mövzusunda müzakirələr aparacaqlar.
Konfransda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, YUNESKO-nun Dünya İrs Mərkəzinin direktoru Metşild Rosler, eləcə də bir sıra xarici ekspertlər iştirak edirlər.