Saytımızı qiymətləndirin


 
 

Qızılca xəstəliyindən necə qorunmalı? - TƏBİB çağırış etdi
Tarix: 19-02-2024 | Saat: 12:51
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

 

Qızılca xəstəliyindən necə qorunmalı? - TƏBİB çağırış etdi

Son günlər Azərbaycanda qızılcaya yoluxma və ölüm hallarının artdığını nəzərə alan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bir daha əhaliyə çağırış edib.

Qarabaqinfo.az xəbər verir ki, TƏBİB qızılca xəstəliyindən necə qorunmağın yolundan bəhs edib.

Bildirlib ki, peyvəndlənmə qızılca xəstəliyinə qarşı ən effektiv profilaktika üsuludur.

“Peyvənd qızılca ilə əlaqəli ağırlaşmaların və ölümün qarşısını alır. Peyvəndlənməmiş şəxslərdə qızılca xəstəliyi ağırlaşmalara və hətta qalıcı fəsadlara səbəb ola bilər. Milli peyvənd təqviminə əsasən, qızılcaya qarşı immunizasiya 1 və 6 yaşlarında olmaqla 2 doza şəklində kombinə olunan QPM (qızılca, parotit, məxmərək) peyvəndi ilə aparılır”.
 

TƏBİB bildirib ki, qızılcaya qarşı heç vaxt peyvənd olunmayan və xəstəliyi keçirməyən 11-40 yaşlı əhali qruplarını da infeksiyaya qarşı peyvənd olunması davam etdirilir.
 

“Uşaqlarda və ya böyüklərdə qızılca xəstəliyinin əlamətlərindən şübhələndikdə dərhal yaşayış yeri üzrə sahə həkiminə məlumat verilməlidir. Vaksinasiya üçün yaşayış yerləri üzrə TƏBİB-in ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət oluna bilər”.

 

 



Xəbəri paylaş

1249 dəfə oxunub.

Digər xəbərlər