Tarix: 16-02-2024 | Saat: 15:23
Bölmə:Karusel / Region | çapa göndər
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın işi üzrə məhkəmə iclası təxirə salınıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “aysor.am” məlumat yayıb.
Məlumata görə, Sarkisyanın işi üzrə növbəti məhkəmə prosesi 18 martda keçiriləcək.
Qeyd edək ki, Ermənistanın üçüncü prezidenti yarım milyard dramın oğurlanmasını təşkil etməkdə ittiham olunur.
Xatırladaq ki, cinayət işində üç təqsirləndirilən şəxs var. Sarkisyandan başqa, nazir müavini Samvel Qalstyan və biznesmen Barseq Beqlaryana da qarşı ittiham irəli sürülüb.
İttihama görə, Sarkisyanın təşkilatçılığı və “Flash” birgə müəssisəsinin sahibi Barseq Beqlaryanın təşəbbüsü, Ermənistan kənd təsərrüfatı nazirinin sabiq müavini Samvel Qalstyanın köməyi ilə həmin nazirliyin şöbə müdiri Gevorq Arutyunyanın iştirakı ilə külli miqdarda dövlət vəsaiti mənimsənilib.
2013-cü ilin 7 fevral tarixindən etibarən Ermənistan hökumətinin ehtiyat fondundan külli miqdarda (489,1 milyon dram dəyərində)vəsait ayrılıb ki, bu vəsait hesabına 15 391 ton dizel yanacağı istehlak edilib.
Digər xəbərlər