Tarix: 05-09-2025 | Saat: 22:16
Bölmə:Karusel / Kriminal | çapa göndər
Naxçıvanın Şahbuz rayonu Ayrınc kəndində baş verən ailə faciəsinin təfərrüatları məlum olub.
Qarabaginfo.az xəbər verir ki, şəhər sakinləri - 1982-ci il təvəllüdlü Tural Hüseynov, həyat yoldaşı, 1983-cü il təvəllüdlü Sevinc Hüseynova, övladları, 2007-ci il təvəllüdlü Nicat Hüseynov, 2011-ci il təvəllüdlü Ceyran Hüseynova və nənələri 1947-ci il təvəllüdlü Səkinə Məmmədova istirahət məqsədilə gündəlik icarəyə verilən şəxsi evlərdən birinə üz tutublar.
Qadınlar süni göldə kustar üsulla dəmir çəlləklər üzərinə qurulan üzən platformanın üstünə çıxıblar, bir az üzdükdən sonra platforma aşaraq üzü aşağı çevrilib.
Ata və oğul onlara kömək etmək istəyiblər, nənəni xilas etmək mümkün olub, amma ana və yeniyetmə qızı yox.
Nənə isə xəstəxanaya gedən yolda ürəktutmasından həyatını itirib.
Təcili tibbi yardım avtomobili ilə birgə xəstəxanaya yollanan ata və oğul isə qəzaya düşərək yaralanıblar.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında:
Digər xəbərlər