Saytımızı qiymətləndirin


 
 

Kremldən sərhəddəki təxribata reaksiya: Sülhə xidmət etmir...
Tarix: 13-02-2024 | Saat: 14:48
Bölmə:Karusel / Dünya | çapa göndər

Kremldən sərhəddəki təxribata reaksiya: Sülhə xidmət etmir...

Rusiya sərhədyanı bölgədə baş verən insidentlə bağlı Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırıb.

 

Qarabaqinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. O, Rusiyanın hadisələri diqqətlə izlədiyini bildirib.

 

Peskov vurğulayıb ki, belə hadisələr danışıqlar prosesinin irəliləməsinə kömək etmir və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına yaxınlaşdırmır.

 

Kremlin sözçüsü sülh müqaviləsinin imzalanması üçün danışıqlar prosesinin davam etdiriləcəyinə ümid etdiyini qeyd edib.

 

Ermənistan Azərbaycanla şərti sərhəddə iki təxribat törədib. Ötən gün saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Dünən gecə saatlarında həm də Tovuz atəşə tutulub.

 

Ordumuz Ermənistanın Zəngilan istiqamətində təxribatına cavab olaraq "qisas əməliyyatı" keçirib. Əməliyyat nəticəsində qarşı tərəfin döyüş postu darmadağın edilib. Ermənistan bir neçə hərbçisinin öldüyünü və yaralandığını açıqlayıb.
 

Rəsmi Bakı Ermənistan ordusunun təxribatını sülh prosesinə zərbə kimi qiymətləndirib.



Xəbəri paylaş

1116 dəfə oxunub.

Digər xəbərlər