Saytımızı qiymətləndirin


 
 

Azərbaycan bu seçki ilə beynəlxalq aləmdə imicini daha da möhkəmləndirib - Xarici müşahidəçilər
Tarix: 09-02-2024 | Saat: 16:16
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Azərbaycan bu seçki ilə beynəlxalq aləmdə imicini daha da möhkəmləndirib - Xarici müşahidəçilər

Azərbaycanda prezident seçkiləri artıq başa çatıb. Hakim partiyanın namizədi İlham Əliyev 92%-dən çox səs toplayaraq qələbə qazanıb. Seçkilərdə onun rəqibləri olan siyasətçilər dövlət başçısını qələbə münasibətilə təbrik edib. Dünyanın müxtəlif ölkələrinin liderləri, eləcə də beynəlxalq təşkilatların rəhbərləri İlham Əliyevə təbrik məktubları ünvanlayıb, zənglər ediblər.

 

Seçkiləri müşahidə edən yerli və beynəlxalq müşahidəçilər prosesin şəffaf keçirildiyini bildirib.

 

Qarabaqinfo.az-a açıqlamasında Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko bildirib ki, Azərbaycanda prezident seçkiləri tamamilə şəffaf şəkildə təşkil olunub. Azərbaycan xalqını seçki münasibəti ilə təbrik edirəm.

 

"Artıq bir çox ölkənin dövlət başçıları İlham Əliyevi inamlı qələbə münasibətilə təbrik etməyə başlayıb. Biz də Rusiya olaraq bu qələbəyə sevinirik. İlham Əliyev həm də Rusiya dövlətinin dostudur”, - Korotçenko vurğulayıb.

 

O qeyd edib ki, bundan sonra hər iki ölkə siyasi və iqtisadi cəhətdən tərəfdaş olmağa davam edəcək.

 

"Biz seçkilər zamanı müşahidə etdik ki, İlham Əliyevin qələbəsi elə əvvəldən xalqın iradəsi ilə müəyyən edilib. Mən müşahidəçi qismində altı seçki məntəqəsində oldum. Seçicilər də fəal iştirak edərək ölkənin gələcəyi ilə bağlı öz mövqeyini nümayiş etdirirdilər. Bundan sonra maraqlı olan məqam Azərbaycanda növbədənkənar prezident seçkilərindən sonra Qərbin reaksiyasıdır. . Məsələn, Fransa prezidenti Emmanuel Makron və digərləri Azərbaycan xalqını təbrik edəcək və ya tənqid edəcək? Düşünürəm ki, bu məqamları diqqətli izləmək lazımdır”,- deyə o bildirib.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəkili, Pakistanın tanınmış beynəlxalq eksperti Qaiser Navab da seçkiləri yüksək qiymətləndirib.

 

O qeyd edib ki, Azərbaycanda şəffaf, müstəqil və dinc prezident seçkiləri keçirilib.

 

“Bu gün Azərbaycan beynəlxalq aləmdə sülh və demokratiya çırağı kimi imicini daha da möhkəmləndirib. Bununla da demokratik yolda mühüm mərhələni qeyd edir. Azərbaycanda keçirilmiş prezident seçkiləri ölkənin demokratik prinsiplərə və qanunun aliliyinə sadiqliyinə sübutdur. Problemsiz seçki prosesi təkcə beynəlxalq ictimaiyyətdə inamı gücləndirmir, həm də biznes imkanlarını təşviq edir, iqtisadi artımı və rifahı artırır.

 

Bu nailiyyət Azərbaycanın qarşıdan gələn COP29-a ev sahibliyi etməsi fonunda xüsusi əhəmiyyət kəsb edir və burada xalq davamlılıq və qlobal əməkdaşlığa sadiqliyini nümayiş etdirmək imkanı əldə edəcək.

 

Azərbaycan prezidenti İlham Əliyevi uğurlu demokratik təşəbbüsü münasibətilə təbrik edir və ona Azərbaycanı daha parlaq gələcəyə aparan yolda uğurlar arzulayıram. Pakistan və Azərbaycan arasında qardaşlıq əməkdaşlığının yeni dövrünün nikbinliyi özünü göstərir. Bundan sonra əlaqələrin möhkəmlənməsinə və müxtəlif sahələrdə əməkdaşlığın artacağına ümid edirik. Azərbaycan bütün dünyada demokratik prosesləri dəstəkləməyə sadiq olduğunu bir daha təsdiq edir və Azərbaycanın demokratik yolda davamlı irəliləyişini səbirsizliklə gözləyirik”.

Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinin rəhbəri, deputat Şamil Ayrım da prezident seçkilərində tam şəffaflıq müşahidə etdiyini bildirib:

 

“Biz burada seçki prosesini əvvəldən axıra qədər izlədik. Seçki məntəqələrindəki şəxslərin çox məlumatlı olduğunu, seçki prosesində heç bir problemin yaşanmadığını müşahidə etdik. Vətəndaşlar seçkilərdə aktiv iştirak edirdilər. İnsanlar sanki bayrama gedirmiş kimi səs verməyə gəlirdilər. Müzəffər Ali Baş Komandana səs verəcəklərini bildirirdilər. Hesab edirəm ki, Azərbaycan da keçirilən seçkilər bir çox baxımdan digər ölkələrə nümunə olmalıdır”.

 

Qeyd edək ki, seçkilərdə 7 namizəd mübarizə aparıb.Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 6 milyon 478 min 623 nəfər olub. Seçki prosesini 790 beynəlxalq müşahidəçi izləyib. Onlar 72 beynəlxalq təşkilatı və 89 ölkəni təmsil ediblər. Yerli müşahidəçilərin ümumi sayı isə 90 minə yaxın olub. Seçkiləri 109 beynəlxalq media qurumunun 216 təmsilçisi işıqlandırıb.



Xəbəri paylaş

1105 dəfə oxunub.

Digər xəbərlər