Saytımızı qiymətləndirin


 
 

Ərdoğanın oğlu Kılıçdaroğlunun həbsini tələb edir - MƏHKƏMƏ
Tarix: 09-02-2024 | Saat: 13:07
Bölmə:Karusel / Region | çapa göndər

Ərdoğanın oğlu Kılıçdaroğlunun həbsini tələb edir - MƏHKƏMƏ

 

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Kemal Kılıçdaroğlu prezident Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğana qarşı ifadələrinə görə “təhqir” maddəsi üzrə 2 ilə qədər həbs tələbi ilə məhkəməyə verilib.

Qarabaginfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bilal Ərdoğan vəkili vasitəsilə Baş Prokurorluğa müraciət edərək, Kılıçdaroğlunun 18 yanvar 2014-cü ildə Amasyanın Taşova rayonunda keçirilən mitinqdəki çıxışında onu həqarət etdiyini bildirib. 

Məlumata görə, B.Ərdoğan son seçkidən sonra deputat toxunulmazlığı götürülən Kılıçdaroğlu haqqında şikayət edib. Məhkəmə tərəfindən icraata götürülən işlə bağlı ittiham aktında irəli sürülən cinayətin barışdırılmalı olan cinayətlər sırasında olması səbəbindən işin vasitəçiyə həvalə edildiyi, tərəflərin razılığa gəlmədiyi bildirilib.

 

Bu çərçivədə Kılıçdaroğlunun "təhqir" maddəsi ilə 3 aydan 2 ilə qədər həbs cəzasına məhkum edilməsi istənilib.



Xəbəri paylaş

174 dəfə oxunub.

Digər xəbərlər