Saytımızı qiymətləndirin


 
 

Yerlə toqquşma riski yüksək olan asteroid aşkarlanıb
Tarix: 19-01-2022 | Saat: 08:34
Bölmə:Karusel / Dünya | çapa göndər

 Yerlə toqquşma riski yüksək olan asteroid aşkarlanıb

Yerlə toqquşma riski yüksək olan asteroid aşkarlanıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə NASA-nın reaktiv hərəkət laboratoriyasının Yerə yaxın obyektlərin tədqiqi mərkəzi məlumat yayıb.

Məlumata görə, 2022 AE1 asteroidi yanvarın 6-da ABŞ-ın Arizona ştatındakı Maunt-Lemmon Astronomik Rəsədxanasında aparılan araşdırma zamanı aşkar edilib. Alimlərin fikrincə, asteroid Yerə yaxın olan bütün məlum səma cisimləri arasında planetimizlə toqquşma riski ən yüksək olan obyektdir.

2022 AE1 asteroidinin ölçüsü təxminən 70 metrdir. Onun hərəkət sürəti saniyədə 19,83 kilometrdir.

Hazırda asteroid Turin şkalası üzrə bir bal alıb. Asteroidin Yerlə potensial toqquşması 4 iyul 2023-cü ildə mümkün ola bilər. Lakin alimlər bununla belə bir sıra istisnaların da olduğunu vurğulayırlar.



Xəbəri paylaş

1274 dəfə oxunub.

Digər xəbərlər