Paşinyanın yanında gəzdirdiyi qara çamadanın sirri açıldı.
Qarabaginfo.az xəbər verir ki, bu barədə sovet və rus jurnalisti, reportyor, teleaparıcı Aleksandr Nevzorov öz telekanalında danışıb. Aparıcı Nikol Paşinyan haqqında bəzi “sirləri” açıb.
O deyib ki, Paşinyanın hələ “diktator” olmağına çox var, hələ ki, o, üç diktatorun qulluqçusudur. “Paşinyan “planşe”dir, ümumislək qulluqçu, maraqlı personajdır”.
Nevzorov Paşinyanın qara çamadanından da danışıb.
“Hamıya məlumdur ki, Putinin arxasınca adyutantının həmişə yanında gəzdirdiyi sirli və qorxulu çamadanı var. Eynən o çamadandan Paşinyanda var, o da həmişə həmin çamadanı yanında gəzdirir. Çamadan 9 gizli düyməçikli kombinasiya ilə açılır, qapağında mürəkkəb kod var ki, bunu ancaq Paşinyan və adyutantı bilir. Çamadan həmişə Paşinyanın yanındadır, birdən həyəcan siqnalı verilər, birdən çağırış olar, təcili çatmaq lazlımdır, bəlkə Kremldə kiminsə tuflisini təmizləmək lazımdır”.
Nevzorov Paşinyanın çamadanının içərisində hə olduğunu da açıqlayıb.
“Sirli şifrələrlə, gizli kodlarla açılan çamadanda möcüzəvi dəst var: 4 fərqli rəngdə ayaqqabı boyası, 2 fırça, parıltı üçün məxmər və ən son parıltı üçün salfet. Lazım gələrsə, ayaqqabının içliyini də dəyişə bilər. Putin təmizlənmiş tuflisinə uzun-uzadı baxaraq Paşinyana silah barədə yeni vədlər verir”.
Jurnalist Paşinyanın KTMT-dəki “fəaliyyəti”ndən də söz açıb.
“Paşinyanın KTMT-dəki son biabırçıl hay-küyündən sonra Qarabağ müharibəsi barədə də hər şey aydın oldu. Ermənistan bu cür komandan ilə nəinki Qarabağı, hətta İrəvanı da itirə bilərdi. Ağıllı ermənilər necə Paşinyana dözürlər, bilmirəm? Yeni Qvineyada daha yaxşı baş nazir olardı. Nəyə lazım idi Paşinyanın rəhbər seçilməsi?”
Aparıcı Paşinyanın müharibəni bacarıqsızlıqdan uduzduğunu bildirib.
“Paşinyan təmiz mövqe üstünlüyü olduğu halda düz yerdə bacarıqsızcasına müharibəni uduzdu. O, öz əfəlliyini, küyçülüyünü sübut edərək, köməksiz qaldığıöından şikayətləndi. Qarabağ məğlubiyyəti onun axmaqlığının etalonu olaraq tərəfdaşının, böyük qardaşının, “krışa”sının düzgün seçilmədiyini göstərdi”.
Daha ətraflı videoda:
(konkret.az)