Saytımızı qiymətləndirin


 
 

“Rusiya Şimali Koreyaya beynəlxalq bank sisteminə çıxış imkanı yaradıb”- “The New York Times”
Tarix: 06-02-2024 | Saat: 17:48
Bölmə:Karusel / İqtisadiyyat / Dünya | çapa göndər

“Müharibə üçün döyüş sursatına ehtiyacı olan Rusiya ilə təcrid olunmuş Şimali Koreya arasında əməkdaşlıq genişlənir. Mərmi və ballistik raketlərin tədarükü artıq BMT-nin sanksiyalarını pozub, lakin Moskva bununla kifayətlənmir. O, KXDR-in dondurulmuş aktivlərinin bir hissəsini blokdan çıxarıb və ona beynəlxalq maliyyə sisteminə çıxış imkanı verməyə çalışır”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “The New York Times” ABŞ-ın müttəfiqi olan Qərb ölkəsindəki kəşfiyyat mənbələrinə istinadən yazır.

Nəşr qeyd edir ki, Pxenyan Rusiya maliyyə institutunda dondurulmuş 30 milyon dollardan 9 milyon dollara çıxış əldə edib və bu pulu neft almaq üçün istifadə etmək fikrindədir.

“Bundan başqa, Şimali Koreya şirkəti bu yaxınlarda Cənubi Osetiyada başqa bir Rusiya bankında hesab açıb. Bu, Şimali Koreyaya bankların onunla iş aparmasını qadağan edən BMT sanksiyalarından yan keçməyə imkan verəcək. Beləliklə, KXDR təkcə Rusiya ilə deyil, həm də onun vasitəsilə Türkiyə və Cənubi Afrika kimi “dost” ölkələrlə bank əməliyyatları aparmaq imkanı əldə edə bilər”, – qəzet yazır.

Rusiya ilə KXDR-in, xüsusən də hərbi sahədə yaxınlaşması Çinin xoşuna gəlməyə bilər. Pekin bunu öz təhlükəsizliyinə təhdid hesab edə bilər və artıq baş verənləri Moskvanın öz təsir dairəsinə müdaxiləsi kimi qiymətləndirir.



Xəbəri paylaş

1212 dəfə oxunub.

Digər xəbərlər
15-12-2020, 13:45 Sabah yağış yağacaq