Tarix: 24-06-2022 | Saat: 16:44
Bölmə:Karusel / Gündəm | çapa göndər
Türkiyənin elektrik avtomobillərinin birinci seriya istehsalı üçün komponentlərin tədarükçüləri müəyyənləşib.
Qarabaginfo.az xəbər verir ku, 3/4-ü Türkiyə, qalanları isə Avropa və Asiya şirkətləridir.
Bütün sınaqlar başa çatdıqdan sonra, 2023-cü ilin birinci rübünün sonunda “C” seqmentinin kütləvi istehsalı olan SUV (yolsuzluq) elektomobilləri bazara daxil olacaq. Sonra eyni seqmentin sedan və hetçbek modelləri konveyerdən çıxacaq. Sonrakı illərdə B-SUV və C-MPV (miniven) avtomobillərinin istehsalına başlanılması planlaşdırılır. Nəticədə məhsul xətti 5 modelə qədər genişlənəcək.
“Türk Avtomobilləri” Təşəbbüs Qrupunun (TOGG) Bursanın Gemlik şəhərindəki obyekti ildə 175 min ədəd istehsal gücü ilə cəmi 4,3 min nəfəri işlə təmin edəcək.
2030-cu ilə qədər şirkət 5 model elektrik avtomobilinin istehsalını ildə bir milyon ədədə çatdırmağı planlaşdırır.
Digər xəbərlər