Saytımızı qiymətləndirin


 
 

Cəbhə bölgəsində keçirilən ilk yardım təlimləri başa çatıb
Tarix: 26-09-2020 | Saat: 11:27
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Cəbhə bölgəsində keçirilən ilk yardım təlimləri başa çatıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Quzanlı qəsəbəsində təşkil edilən ilk yardım təlimləri başa çatıb.

Dövlət Komitəsindən Qarabaginfo.az-a verilən məlumata görə, sentyabrın 22-də başlayan və üç gün davam edən təlimlərdə yerli sakinlər və məcburi köçkünlər iştirak ediblər.  

Təlimləri AzQAC-ın və BQXK-nın yüksək ixtisaslı təlimçiləri aparıblar. Təlim proqramına ilk yardım və onun əsas prinsipləri üzrə nəzəri və praktiki məşğələlər daxildir. İlk yardımın məqsədi zərərgörənin həyatını xilas etmək, ağrılarını yüngülləşdirmək və vəziyyətinin ağırlaşmasının qarşısını almaq üçün adi və zəruri tibbi tədbirlərin görülməsidir. 

Xatırladaq ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Dağlıq Qarabağın işğaldan azad edilmiş ərazisində, hazırda Tərtər rayonunun inzibati vahidi olan Şıxarx qəsəbəsində ötən ilin aprel və sentyabr aylarında ilk yardım göstərilməsi üzrə təlim təşkil edib. Dövlət Komitəsi işğaldan azad edilmiş və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan məcburi köçkün vətəndaşlarımız arasında ilk yardım üzrə maarifləndirmə işinin aparılmasını vacib sayır. Təlimlərin məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı digər yaşayış yerlərində də aparılması nəzərdə tutulur. Cəbhə bölgəsində keçirilən ilk yardım təlimləri başa çatıb



Xəbəri paylaş

434 dəfə oxunub.

Digər xəbərlər