Saytımızı qiymətləndirin


 
 

Türkiyəli astronavtın Yerə enişi təxirə salınıb
Tarix: 03-02-2024 | Saat: 12:03
Bölmə:Karusel / Region | çapa göndər

Türkiyəli astronavtın Yerə enişi təxirə salınıb

 

14 gün əvvəl kosmosa çıxan ilk türk astronavt Alper Gezeravcının dönüş səfəri təxirə salınıb.

Qarabaginfo.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, SpaceX özünün X sosial media hesabında Ax-3 komandasının Beynəlxalq Kosmik Stansiyadan (BKS) yola salınmasının təxirə salındığı barədə açıqlama yayıb.

Açıqlamada, Dragon və Ax-3 ekipajının Florida sahillərindəki uyğun olmayan hava şəraiti səbəbindən fevralın 5-dən əvvəl İSS-i tərk etməyəcəkləri bildirilib.

Açıqlamada qeyd olunub ki, komandalar BKS-dən yola düşmə planları ilə bağlı hava şəraitini izləməyə davam edəcəklər.

Xatırladaq ki, 19 yanvar tarixində Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı beynəlxalq heyətlə birgə kosmosa uçub.

Gezeravcının olduğu heyətdə ispan, italyan və isveçli astronavtlar da var.



Xəbəri paylaş

163 dəfə oxunub.

Digər xəbərlər