Saytımızı qiymətləndirin


 
 

Erməni deputat Paşinyanı hədələdi: “Bir gün mütləq cavab verəcək!“
Tarix: 07-02-2022 | Saat: 17:10
Bölmə:Karusel / Region | çapa göndər

Erməni deputat Paşinyanı hədələdi: “Bir gün mütləq cavab verəcək!“

“Hakim Boris Baxşiyan, Nikolun qisasını almaq, ruhi məmnuniyyətini artırmaq və qorxularını azaltmaq naminə həbs edilib, daha doğrusu, qurban verilib”.

Qarabaginfo.az “Aysor”a istinadla xəbər verir ki, bu sözləri müxalif “Hayastan” fraksiyasının deputatı Artur Qazinyan öz “Facebook” səhifəsində yazıb.

“Zərərçəkənlər indi sakitcə, hiyenaların (kaftarlar – red.) gənc hakimin taleyini necə məhv etdiyini, həmkarını həbsxanaya necə atdıqlarını izləyirlər.

Baxşiyanı qurban verən insanların bir gün özlərini və ya yaxınlarını bir mehrabın üstünə qoyanda necə hiss edəcəklərini təsəvvür edə bilmirəm. Çünki Nikol üçün hər kəs lazımsız materialdır və israfçılıqdır. Amma bir şeyi dəqiq bilirəm, hamı bir gün mütləq cavab verəcək!", - deyə Qazinyan yazıb.

Xatırladaq ki, İrəvan şəhərinin Ümumi Yurisdiksiya Məhkəməsi hakim Davit Arqamanyanın sədrliyi ilə Sünik (Zəngəzur) vilayətinin Ümumi Yurisdiksiya Məhkəməsinin hakimi Boris Baxşiyan barəsində həbs qətimkan tədbiri seçib.

Bundan sonra Ermənistanın müxalifət partiyaları mövcud qərarı tənqid etmiş, habelə bunun hakim “Mülki müqavilə” fraksiyasının siyasi sifarişi ilə həyata keçirildiyini bildiriblər.(Yenisabah.az)

 



Xəbəri paylaş

1264 dəfə oxunub.

Digər xəbərlər