Saytımızı qiymətləndirin


 
 

12 qızıl medal qazanan şuşalı Murad: ABŞ və ya Avropada oxumaq istəyirəm - FOTO
Tarix: 29-01-2024 | Saat: 17:48
Bölmə:Karusel / Gündəm | çapa göndər

12 qızıl medal qazanan şuşalı Murad: ABŞ və ya Avropada oxumaq istəyirəm - FOTO

 

Avropa Azərbaycan Məktəbinin 10-cu sinif şagirdi Murad Kərimli “World Scholar's Cup” (Dünya Alimlər Kuboku) çempionatının regional raundunda 12 qızıl, dörd gümüş medal qazanaraq növbəti mərhələyə keçib və xarici ölkələrdə qlobal raundlarda iştirak şansı əldə edib.

 

O, 2008-ci ildə Bakı şəhərində anadan olub. Şuşa şəhərindən məcburi köçkün olan Murad tanınmış jurnalist-yazıçı Kərim Kərimlinin oğludur.

 

Modern.azMuradla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında Dünya Alimlə Kubokunda artıq üçüncü dəfə iştirak etdiyini bildirib.

 

“Həmin kubokda iştirak  4 müxtəlif  kateqoriya  - debat, esse, komanda yarışı və test mərhələsi üzrə həyata keçirilir. Hər komanda üzrə şagirdlərə medallar verirlər. Onlardan gələn nəticə üzrə qlobal mərhələyə bilet qazanılır. Mən və komandam ən yaxşı 10 komandalardan biri idi. 4 ölkədə keçiriləcək qlobal mərhələyə vəsiqə qazanmışıq. Bu mərhlələr birincisi Londonda, ikincisi  Bakı, üçüncüsü Taylandda, dördüncüsü Dubayda keçiriləcək. İndiki yarış lokal raund idi. Lokal raund 50-dən çox ölkə arasında keçirilir. Həmin ölkələrdən bəziləri qlobal raunda vəsiqə qazanırlar”, - Murad Kərimli qeyd edib.

 

12 qızıl medal qalib gələcək planlarından da danışıb: 

 

“Təhsilimi biznes sahəsində davam etdirmək istəyirəm. İnşallah, alınarsa, Amerika Birləşmiş Ştatlarında və ya Avropada təhsil almaq istəyirəm. Düşünürəm ki, xaricdəki təhsil buradakı təhsildən daha üstündür. Oradakı fürsətlər də daha yaxşıdır. Ona görə də hazırkı əsas məqsədim bu istiqamətdə irəliləməkdir”. 

M.Kərimli şagirdlərə belə yarışlarda fəal iştirak etməyi tövsiyə edib: 

 

“Mən boş vaxtlarımda ispan dili öyrənirəm, dünya görüşümü artırmaq üçün müxtəlif filmlərə baxır, məqalələr oxuyuram. Həmçinin, idmanla da məşğul oluram. Hər kəsə tövsiyəm odur ki, bu cür yarışlarda daha fəal iştirak etsinlər. Mən ilk dəfə bu yarışa girəndə çox mükafat qazanmamışdım. Yanlız bir medalla qayıtmışdım. Sonralar üzərimdə işləyərək, özümü inkişaf etdirərək daha çox nailliyyətlər qazandım. Şagirdlər yarışlarda iştirak edərək, bu kimi fürsətlərdən istifadə edə bilərlər”. 

 



Xəbəri paylaş

1248 dəfə oxunub.

Digər xəbərlər