Saytımızı qiymətləndirin


 
 

Rusiya XİN-dən Dövlət Departamentinin çağırışına- REAKSİYA
Tarix: 05-08-2023 | Saat: 14:43
Bölmə:Karusel / Region | çapa göndər

“Rusiya Qara Dəniz Təşəbbüsü sazişinin kağız üzərində təsbit edilmiş və BMT-nin Baş katibi tərəfindən təsdiq edilmiş ikinci hissəsinin həyata keçirilməsini istəyir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ Dövlət Departamentinin Moskvanın ərzaq müqaviləsinin yenilənməsi ilə bağlı tələblərə aydınlıq gətirməsi sorğusuna cavab olaraq deyib.

Zaxarova qeyd edib ki, bu məlumat Rusiya Xarici İşlər Nazirliyinin saytında mövcuddur. Lakin bu kifayət deyilsə, ABŞ səfirliyinin nümayəndəsi dəqiqləşdirmə üçün Xarici İşlər Nazirliyi ilə şəxsən əlaqə saxlaya bilər.

“Dövlət Departamenti üçün bir daha təkrar edirik: Qara Dəniz Təşəbbüsü paketi sazişinin ikinci hissəsinin həyata keçirilməsini istəyirik. Kağız üzərində yazılanların hamısı BMT Baş katibi tərəfindən təsdiqlənir”, – XİN rəsmisi bildirib.



Xəbəri paylaş

1112 dəfə oxunub.

Digər xəbərlər