Saytımızı qiymətləndirin


 
 

Metronun illik sərnişin sayı açıqlandı - 219,5 milyon nəfər 
Tarix: 23-01-2024 | Saat: 15:57
Bölmə:Karusel / İqtisadiyyat / Cəmiyyət | çapa göndər

 

Metronun illik sərnişin sayı açıqlandı - 219,5 milyon nəfər 

2023-cü ildə yük və sərnişin daşımaları əvvəlki illə müqayisədə müvafiq olaraq 5,3 faiz və 18,7 faiz artıb.

Bu barədə Qarabaqinfo.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.

Qeyd edilib ki, ötən il nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 230,2 milyon ton yük daşınıb. Yüklərin 3,9 faizi dəniz, 7,9 faizi dəmir yolu, 0,1 faizi hava, 58,4 faizi avtomobil nəqliyyatı, 29,7 faizi isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,4 faiz artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,2 faiz təşkil edib.

2023-cü ildə nəqliyyatçılar 1923,6 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 88,1 faizi avtomobil nəqliyyatı, 11,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 2023-cü ildə 18,3 milyon ton yük, 7107,5 min sərnişin daşınıb, 2022-ci illə müqayisədə yük daşınmasında 2,6 faiz azalma, sərnişin daşınmasında isə 38,4 faiz artım müşahidə olunub.

Dəniz nəqliyyatı ilə 2023-cü ildə daşınmış yüklərin həcmi 9010,8 min ton təşkil edib və əvvəlki ilə nisbətən 19,8 faiz artıb. Yüklərin 54,4 faizini neft yükləri təşkil edib.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 2023-cü ildə 134,2 milyon ton yük, 1694,1 milyon sərnişin daşınıb və əvvəlki illə müqayisədə müvafiq olaraq 6,5 faiz və 20,6 faiz artım qeydə alınıb. Sərnişinlərin 94,4 faizi avtobus, 5,6 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 7,3 faiz, sərnişin dövriyyəsi isə 21,4 faiz artıb.

2023-cü ildə metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 5,2 faiz artaraq 219,5 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 2911,8 min və ya 29,2 faiz çox sərnişin daşınıb, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 16,7 faiz azalaraq 338,8 min ton olub.

Ötən il magistral neft kəmərləri ilə 39753,2 min ton neft nəql edilib. Nəqletmənin 75,9 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və il ərzində bu kəmər vasitəsilə 30191,6 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,6 faizini və ya 24950,9 min tonunu Azərbaycanda hasil edilən neft, 17,4 faizini və ya 5240,7 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Magistral qaz kəmərləri ilə 39806,9 milyon kub-metr qaz nəql edilib və əvvəlki ilə nisbətən 1,4 faiz artım müşahidə olunub. Qazın nəqlinin 54,8 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 21800,1 milyon kub-metr qaz ötürülüb.



Xəbəri paylaş

1135 dəfə oxunub.

Digər xəbərlər