Saytımızı qiymətləndirin


 
 

Türkiyə Suriya ilə münasibətlərin normallaşması üçün 4 şərt açıqlayıb
Tarix: 29-08-2024 | Saat: 07:19
Bölmə:Karusel / Region | çapa göndər

Türkiyə Suriya ilə münasibətlərin normallaşması üçün 4 şərt açıqlayıb

Türkiyənin Xarici İşlər Nazirliyindən Türkiyə ilə Suriya arasında normallaşma prosesi ilə bağlı açıqlama verilib.

Qarabaginfo.az xəbər verir ki, açıqlamada münasibətlərin 2011-ci ildən əvvəlki vəziyyətə qaytarılmasının yolunun 4 bənddən keçdiyi bildirilib.

Açıqlamadakı həmin bəndlər aşağıdakı kimidir:

- Suriyanın ərazi bütövlüyünü və birliyini qorumaq üçün onu terrorçulardan təmizləmək,

- Suriyanın BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi çərçivəsində öz xalqının haqlı tələb və gözləntiləri əsasında öz xalqı ilə əsl milli barışığa nail olması,

- Bununla bağlı təhlükəsiz və layiq olduğu kimi qayıdış üçün lazımi şəraitin yaradılması,

- Humanitar yardımların fasiləsiz davam etdirilməsi.

Açıqlamada son olaraq deyilir: “Bu düşüncə bərqərar olaraq real addımlar atılarsa, Suriyanın rifahına, qonşu ölkələrin təhlükəsizliyinə və regional sabitliyə töhfə verə biləcək addımlara yol açılacaq”.



Xəbəri paylaş

41 dəfə oxunub.

Digər xəbərlər