Ukrayna ordusunun irəliləməsi ilk növbədə mühəndis maneələri səbəbindən dayandırılıb.
Qarabaginfo.az “Kommersant”a istinadən xəbər verir ki, bu fikri müdafiə naziri Sergey Şoyqu bildirib.
Hərbçiləri Mühəndis Qoşunları Günü münasibətilə təbrik edən nazir onların qurduqları “mühəndis sədləri sistemi”nin düşmənin hücum planlarının qarşısının alınmasında mühüm rol oynadığını qeyd edib.
Onun fikrincə, “su maneələrindən keçidlərin təşkili, minaların təmizlənməsi və müxtəlif obyektlərin bərpası” problemlərini məhz bu qoşunlar həll edir.
Xatırladaq ki, Ukrayna yaydan bəri genişmiqyaslı əks-hücum həyata keçirir, lakin Kiyev istədiyi nəticəni əldə edə bilməyib. Bunu Ukrayna hakimiyyəti etiraf edib. Aİ daha əvvəl bəyan etmişdi ki, Ukraynanın “qeyri-müəyyən” əks-hücumunun səbəbi minalanmış sahələrdir. NATO hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinin hucumuna Rusiyanın müdafiə xətti mane olur.