Saytımızı qiymətləndirin


 
 

FHN: Ötən gün dənizdə boğulan 3 nəfərin meyiti tapılıb, 1 nəfər xilas olunub
Tarix: 13-08-2022 | Saat: 11:03
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

FHN: Ötən gün dənizdə boğulan 3 nəfərin meyiti tapılıb, 1 nəfər xilas olunub

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

“112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 81 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 4 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib, dənizdə nəzarətsiz ərazidə batmış 3 nəfərin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.



Xəbəri paylaş

182 dəfə oxunub.

Digər xəbərlər