Tarix: 19-01-2024 | Saat: 15:04
Bölmə:Karusel / Manşet | çapa göndər
Dini qurumlara maliyyə yardımı ayrılıb.
Qarabaqinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan qurumlara aşağıdakı məbləğdə pul ayrılıb:
Qafqaz Müsəlmanları İdarəsinə - 2 milyon manat
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna - 350 min manat
Bakı şəhəri Dağ yəhudiləri dini icması - 350 min manat
Avropa yəhudilərinin Bakı dini icmasına - 350 min manat
Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna - 350 min manat
Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına - 350 min manat
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu - 350 min manat
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
Digər xəbərlər