Saytımızı qiymətləndirin


 
 

Paşinyan: Hazırda nə Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı müraciət var, nə də biz buna obyektiv olaraq hazırıq
Tarix: 07-06-2026 | Saat: 13:47
Bölmə:Karusel / Region | çapa göndər

Paşinyan: Hazırda nə Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı müraciət var, nə də biz buna obyektiv olaraq hazırıq

Ermənistanı Avrasiya İqtisadi İttifaqından çıxarmaq mümkün deyil.

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlament seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında danışıb.

“Ermənistanı Aİİ-dən çıxara bilməzlər. Orada qərarlar konsensus əsasında qəbul edilir”, - Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, Ermənistan və digər üzv dövlətlər veto hüququna malikdir.

Paşinyan Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı referendum keçirilməsinin hazırda gündəmdə olmadığını da vurğulayıb. Onun sözlərinə görə, belə referendumun keçirilməsi üçün əvvəlcə ölkənin Aİ-yə üzvlük və ya namizəd statusu almaq üçün rəsmi müraciəti olmalıdır.

“Hazırda nə belə müraciət var, nə də biz buna obyektiv olaraq hazırıq. Sadəcə formal xarakter daşıyan müraciət etməyin mənası yoxdur”, - o əlavə edib.

Baş nazir hesab edir ki, Aİİ-dəki bəzi tərəfdaşlar Ermənistan cəmiyyətində ittifaqa münasibətin yaxşılaşdırılması əvəzinə, əksinə, onun pisləşməsinə səbəb olan addımlar atırlar.

 



Xəbəri paylaş

9 dəfə oxunub.

Digər xəbərlər