Tarix: 15-01-2024 | Saat: 17:42
Bölmə:Karusel / Hadisə | çapa göndər
Paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayışla bağlı hadisə yerində aparılan axtarış-xilasetmə işləri nəticəsində hazırkı vaxtadək 6 nəfərin meyiti dağıntılar altından aşkar olunaraq çıxarılıb.
Bu barədə Qarabaqinfo.az-a Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilib.
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 6-ya çatıb.
Qarabaqinfo.az xəbər verir ki, dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb.
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 5-ə çatıb.
Qarabaqinfo.az xəbər verir ki, bunu Baş Prokurorluğun Kriminalistika və informasita texnologiyaları idarəsinin rəis müavini, Kriminalstika şöbəsinin rəisi Orxan Rzayev deyib.
Məlumata görə, dağıntılar altından daha iki nəfərin meyiti çıxarılıb.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Qeyd edək ki, bundan əvvəl yanğın zamanı 3 nəfərin öldüyü, 24 nəfərin yaralanmağı barədə açıqlama verilmişdi.
Digər xəbərlər