Ana Sayfa > Karusel / Hadisə > Partlayışda ölənlərin sayı 6-ya ÇATDI

Partlayışda ölənlərin sayı 6-ya ÇATDI


15-01-2024, 17:42. Yazar: Admin

 

Partlayışda ölənlərin sayı 6-ya ÇATDI

Paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayışla bağlı hadisə yerində aparılan axtarış-xilasetmə işləri nəticəsində hazırkı vaxtadək 6 nəfərin meyiti dağıntılar altından aşkar olunaraq çıxarılıb.

 

Bu barədə Qarabaqinfo.az-a Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilib.

 

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 6-ya çatıb.

 

Qarabaqinfo.az xəbər verir ki, dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb.

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 5-ə çatıb.

 

Qarabaqinfo.az xəbər verir ki, bunu Baş Prokurorluğun Kriminalistika və informasita texnologiyaları idarəsinin rəis müavini, Kriminalstika şöbəsinin rəisi Orxan Rzayev deyib.

 
Məlumata görə, dağıntılar altından daha iki nəfərin meyiti çıxarılıb.

 

Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

 

Qeyd edək ki, bundan əvvəl yanğın zamanı 3 nəfərin öldüyü, 24 nəfərin yaralanmağı barədə açıqlama verilmişdi.


Geri dön