Saytımızı qiymətləndirin


 
 

Mustafayev-Qriqoryan görüşü: Nələr müzakirə ediləcək...
Tarix: 15-01-2024 | Saat: 15:00
Bölmə:Karusel / Siyasət / Region | çapa göndər

Mustafayev-Qriqoryan görüşü: Nələr müzakirə ediləcək...

 

Ermənistan və Azərbaycanın delimitasiya komissiyalarının növbəti iclası yanvarın sonunda baş tutacaq.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan "Azadlıq" radiosunun erməni xidmətinə açıqlamasında məlumat verib.

 

O, azərbaycanlı həmkarı Şahin Mustafayevlə görüşün konkret tarixi və yeri barədə məlumat verməyib.

 

Qriqoryanın sözlərinə görə, iclasda əvvəlcə komissiyaların birgə fəaliyyəti haqqında əsasnamə layihəsi müzakirə olunacaq.

 

"Bu əsasnamədə birgə iş zamanı istifadə olunacaq hüquqi əhəmiyyət kəsb edn sənədlərin və hüquqi aktların növləri dəqiq müəyyən olunmalı, müvafiq hüquqi əsaslarla səlahiyyətli orqanlar tərəfindən tərtib edilmiş və dərc edilmiş SSRİ dövrünün son topoqrafik xəritələri və digər bu kimi məsələlər müəyyən edilməlidir.", - nazir müavini deyib. 

 

Qeyd edək ki, bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev komissiyaların növbəti iclasının bu aya təyin edildiyini bildirib.

 

"Bu gün işğal altında qalan səkkiz kəndin məsələsi daim gündəlikdədir. Bu məsələ həm mənim Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edilir, o cümlədən Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı mən bu məsələni qaldırmışdım və eyni zamanda, delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır. Onu da bildirməliyəm ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: həmin o bölgənin delimitasiya məsələsi, Qazax-Tovuz bölgəsinin", - İlham Əliyev vurğulayıb.

 

Xatırladaq ki, Şahin Mustafayev və Mher Qriqoryan arasında sonuncu görüş noyabrın 30-da baş tutub. Səegəddə baş tutan görüş sayca beşinci olub. Görüşlərin 3-ü sərhəddə, biri Moskvada, biri Brüsseldə baş tutub.



Xəbəri paylaş

159 dəfə oxunub.

Digər xəbərlər