Peskov: Dmitriyevin ABŞ nümayəndələri ilə işgüzar əlaqələri davam edir
Tarix: 01-10-2026 | Saat: 14:38
Bölmə:Karusel / Siyasət | çapa göndər
10 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 01-10-2026 | Saat: 14:38
Bölmə:Karusel / Siyasət | çapa göndər

Amerika nümayəndələri ilə işgüzar səviyyəli əlaqələr davam edir.
Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
O, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyevin prezident Vladimir Putinə ABŞ nümayəndələri ilə təmasları barədə hesabat verdiyini söyləyib.
Peskov qeyd edib ki, Dmitriyev ABŞ nümayəndələri ilə potensial iqtisadi əməkdaşlığı müzakirə etməyə davam edir: "Rusiya və ABŞ arasında birgə iqtisadi layihələrin həyata keçirilməsi hər iki ölkə üçün çox faydalı olardı".
Kremlin sözçüsü ABŞ-ın əvvəlki kimi Rusiya ilə iqtisadi əməkdaşlığın bərpasını Ukrayna münaqişəsinin həlli ilə əlaqələndirməyə davam etdiyini deyib.
Xəbəri paylaş
Digər xəbərlər
23-02-2025, 16:24
Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz ölüb
31-10-2021, 10:56
Türkiyədə bu gün koronavirusdan 203 nəfər vəfat etdi
4-04-2018, 17:56
Kamran Əliyev vəzifəsindən azad olundu - Başqa şöbəyə rəis keçdi
18-07-2024, 12:29
Yağış, dolu, 36° isti - Sabahın havası
29-12-2022, 11:21
Rusiya Ukraynanı raket atəşinə tutub


















