Saytımızı qiymətləndirin


 
 

Baş Nazir Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycana təşəkkür edib
Tarix: 24-09-2020 | Saat: 16:17
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Gürcüstanın Baş Naziri Giorgi Qaxaria Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovu qəbul edib.

Görüşdə ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrə dair məsələlər müzakirə edilir.

 

Qarabaginfo.az-ın verdiyi xəbərə görə, görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi, enerji, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. 

Müzakirə zamanı tərəflər regiondakı çətinliklərə toxunublar, həmçinin iki ölkə arasındakı strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb. 

“Görüş zamanı Gürcüstan və Azərbaycan arasında müxtəlif formatlarda əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə edilib. Diqqət iki ölkə arasındakı iqtisadi, nəqliyyat və enerji əməkdaşlığına yönəldilib. Azərbaycanın Gürcüstanın vacib ticarət tərəfdaşlarından biri olduğu qeyd edilib. Gürcüstanın Baş Naziri Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycanın Xarici İşlər nazirinə təşəkkür edib. Hər iki ölkənin bölgədəki münaqişələrin sülh yolu ilə həll olunmasında maraqlı olduğu qeyd edilib”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, C. Bayramovun Gürcüstana rəsmi səfəri bu gün başa çatacaq.



Xəbəri paylaş

365 dəfə oxunub.

Digər xəbərlər