"FSB" akademiyasını bitirmiş Ermənistanın sabiq MTX rəhbəri Moskvada danışıqlar aparır?..
Tarix: 14-04-2022 | Saat: 14:08
Bölmə:Karusel / Region | çapa göndər
1320 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 14-04-2022 | Saat: 14:08
Bölmə:Karusel / Region | çapa göndər

"Bildiyimiz kimi, "Hayastan" və "Şərəf duyuram" müxalifət fraksiyaları dünən -aprelin 13-də parlamentin işini boykot edərək Qarabağa getmək məqsədi ilə İclası tərk ediblər. Bununla da gündəmin prioritetlərini vurğulayıblar. Baxmayaraq ki, sonradan məlum olduğu kimi, onları Qarabağa buraxmayıblar. Lakin “Şərəf duyuram” deputat fraksiyasının lideri Artur Vanetsyan parlamentin iclasının başlanğıcında iştirak etməyib. O, Qarabağa gedən deputatlar qrupunda da olmayıb".
Qarabaginfo.az Moderator.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın “Fakt” nəşri yazıb.
"Bəzi mənbələr Artur Vanetsyanın bu günlərdə Moskvada olduğunu bildirir. Əldə etdiyimiz məlumata görə, səfər sırf siyasi məqsədlər daşıyır və Vanetsyan Rusiya Federasiyasında bir sıra görüşlər keçirib.
Biz “Vətən” partiyasının ofisindən məlumat almağa, eləcə də dəqiq olaraq hansı görüşlərin, hansı kontekstdə keçirildiyini öyrənməyə çalışdıq. Partiyanın sözçüsü Sos Akopyan faktiki olaraq bizim məlumatları təkzib etmədi, sadəcə Vanetsyanın həqiqətən də xaricdə olduğunu qeyd etdi. Akopyan onu da əlavə etdi ki, hazırda başqa məlumat verməyi məqsədəuyğun hesab etmir”- Ermənistan qəzeti belə yazır.
Xatırladaq ki, hazırda Azərbaycana qarşı revanşist mövqeyi ilə seçilən və terrorçu eks-prezident Serj Sərkisyanın lideri olduğu "Şərəf duyuram" müxalif blokunun üzvü olan Artur Vanetsyan 2002-ci ildə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 2018-ci il mayın 10-da Ermənistanın baş naziri Nikol Paşinyanın təqdimatı və Ermənistan prezidentinin fərmanı ilə o, Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin edilib, 2019-cu il sentyabrın 16-da isə baş nazirin təklifi ilə vəzifəsindən azad edilib. Və bundan sonra "Vətən" partiyasının sədri kimi daim Paşinyana müxalif mövqedə dayanıb.
Hələ MTX sədri olduğu dövrdə Ermənistan siyasi dairələrində A.Vanetsyanın Moskvanın adamı olması haqda fikirlər səslənib. A.Vanetsyan 2020-ci ilin yanvarında o vaxt işğal altında olan Cəbrayıl rayonunun Arazyanı ərazilərimizə gələrək buradakı torpaqların təcili məskunlaşdırılmasından danışmışdı... 2020-ci ilin noyabrında isə populist çıxışlar edərək bir dəstə tərəfdarıyla Xankəndinə gəlmiş, lakin ordumuz Şuşaya yaxınlaşan kimi aradan çıxmışdı...
Ötən il isə A.Vanetsyan Qarabağa növbəti səfərində Xocavənd rayonundakı qədim Amaras məbədimiz üzərinə separatçı-terrorçu rejimin əski parçasını qaldırıb...
Xəbəri paylaş
Digər xəbərlər
15-01-2021, 17:07
Ağdamın Qasımlı kəndindən görüntülər
2-01-2025, 15:07
“Crocus"da terror aktına görə Türkiyədə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib
6-04-2022, 23:08
Avropa Komissiyası Maltanı məhkəmə ilə hədələyib
6-10-2022, 00:09
Kralın tacqoyma mərasimi bu tarixdə keçiriləcək
13-03-2025, 23:53
Taksi fəaliyyətində əlavə ödəniş necə qadağan olunacaq?
21-09-2026, 21:47
Ermənilərin Xudavəngdən apardığı freska və xaçdaşlar barədə məlumatlar İnterpolun bazasına daxil edilib
20-01-2022, 13:32
Bu ərazilərdə qar dizdəndir - Siyahı
10-03-2020, 09:57
Milli Məclisin yeni sədri kimdir? - TƏRCÜMEYİ-HAL
18-02-2025, 16:00
Prezident İlham Əliyev Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub
11-06-2021, 10:23
Laçının Bozlu kəndi - VİDEO
















