ABŞ prezidenti Donald Tramp və Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Hanoyda görüşüb.
"Qarabaginfo" "TASS"a istinadən xəbər verir ki, bu barədə hadisə yerində olan müxbir məlumat verib.
Hər iki ölkə başçısının görüşü Hanoyda "Sofitel Legend Metropole" mehmanxanasında baş tutub.
Görüşdə Tramp sammitin çox müvəffəqiyyətli olacağına ümid etdiyini bildirib.