Saytımızı qiymətləndirin


 
 

Fransanın yeni xarici işlər naziri Kiyevdə bəyanat verdi
Tarix: 13-01-2024 | Saat: 15:08
Bölmə:Karusel / Dünya | çapa göndər

Fransanın yeni xarici işlər naziri Kiyevdə bəyanat verdi

 

Fransa Xarici İşlər Nazirliyinin yeni rəhbəri Stefan Sejurne ilk səfərini Ukraynaya gedib  və Kiyevə Parisdən davamlı dəstək vəd edib.
Qarabaqinfo.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, səfər “Fransa və Avropanın Ukraynaya dəstəyini və öhdəliklərini təsdiqləmək” məqsədi daşıyır.
 

“Mən bura inu bəyan etmək üçün gəldim ki, Fransa uzunmüddətli perspektivdə Ukraynanı iqtisadi, hərbi və humanitar baxımdan dəstəkləyəcək”, - deyə nazir bildirib.
 

Ötən gün Böyük Britaniyanın baş naziri Rişi Sunak Kiyevə səfər edib. Orada o, 2024-cü il üçün 2,5 milyard funt sterlinq (3,2 milyard dollar) dəyərində indiyədək ən böyük yardım paketini açıqlayıb və Zelenski ilə 10 illik təhlükəsizlik sahəsində əməkdaşlıq müqaviləsi imzalayıb.
 

Rusiya daha əvvəl Ukraynaya silah tədarükü ilə bağlı NATO ölkələrinə nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə “odla oynayır”. Kreml vurğulayıb ki, Ukraynanı Qərbdən silahlarla doldurmaq Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərəcək. Lavrov həmçinin bəyan edib ki, ABŞ və NATO Ukraynadakı münaqişədə, o cümlədən təkcə silah tədarükü ilə deyil, həm də Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə kadr hazırlığı ilə birbaşa iştirak edir.



Xəbəri paylaş

1116 dəfə oxunub.

Digər xəbərlər