Saytımızı qiymətləndirin


 
 

TƏBİB: 3-cü dozanı almış 60 yaşdan yuxarı şəxslərdə yoluxmadan qorunma 11, ağırlaşmadan qorunma 19 dəfə artır
Tarix: 07-10-2021 | Saat: 15:35
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

 Yaqut Qarayeva: "Biz mərhələli şəkildə yumşalmaya getməyə çalışırıq" | Report.az

“Tədqiqatlara əsasən, koronavirusa qarşı peyvəndin 3-cü dozasını almış, yaşı 60-dan yuxarı olan şəxslərdə yoluxmadan qorunma 11, ağırlaşmadan qorunma isə 19 dəfə artıb”.

Qarabaginfo.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Milli Məclisin Səhiyyə komitəsində keçirilən “Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” dinləmədə deyib.

O, bir sıra ölkədə aparılan tədqiqatların nəticələri və 3-cü doza peyvəndlənmənin aparılmasının əhəmiyyətindən danışıb: “Üçüncü doza buster dozadır. 4 doza peyvənd vurdurmaq artıq revaksinasiyadır. Bütün dünyada artıq buster doza qəbul olunub. “SinoVac” şirkəti bizə rəsmi məktub göndərir və qeyd edir ki, yaşlı insanlarda buster dozanın 6 aydan sonra vurulması çox gözəl nəticə verir. Eyni şeyi “Pifizer” şirkəti də deyir”.

Y.Qarayeva kimlərin revaksinasiya ola biləcəyinə də aydınlıq gətirib: “Elə insanlar var ki, 2 doza “CoronaVac” vurdurur, heç bir nəticə ala bilmir. Yəni, bu o insanların immun sisteminin xüsusiyyətidir. O insanlar innovaktiv texnologiya ilə istehsal olunan vaksinə cavab vermirlər. Həkim olaraq həmin insanlara məsləhət görürəm ki, başqa platformanı yoxlasınlar. Bunun “Pfizer” olması mütləq deyil. O insanlar “Sputnik V” də vurdura bilər, digərlərini də... Vaksin kursunun tamamlanması lazımdır”.



Xəbəri paylaş

1273 dəfə oxunub.

Digər xəbərlər