Saytımızı qiymətləndirin


 
 

Fransa Yeni Kaledoniya sakinlərini siyasi məhbus qismində saxlayır- XİN başçısı
Tarix: 18-07-2024 | Saat: 17:57
Bölmə:Karusel / Dünya | çapa göndər

“Fransada siyasi məhbus statusu yoxdur, amma bu ölkə bizim sakinləri siyasi məhbus qismində saxlayır”.

Bunu Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forest bugünkü mətbuat konfransında deyib.

“Fransa özünü beynəlxalq hüquqlar üzrə çempion adlandırır, amma müstəmləkə altında saxladığı xalqlara qarşı cinayətlər törədir. Beynəlxalq Azadlıq Cəbhəsi bizi beynəlxalq səviyyədə bir araya gətirən qurumdur. Fransada siyasi məhbus statusu yoxdur, amma bu ölkə bizim sakinləri siyasi məhbus qismində saxlayır. Fransa hakimiyyəti bizim xalqımıza çox ciddi şəkildə diskriminasiyaya yol verir. Fransada seçki olanda hakimiyyət bizim səsvermə hüququmuzdan istifadə etməyə imkan vermir, hər cəhdlə buna qarşı çıxır. Dünyanın bütün guşələrində müstəqillik hər bir xalqın hüququdur. Bizim tanınmağımız bizim üçün bir sıra imkanlar açacaq. Eyni zamanda onu bildirmək istəyirəm ki, biz bununla beynəlxalq hüququn subyekti olacağıq”.



Xəbəri paylaş

162 dəfə oxunub.

Digər xəbərlər