Tarix: 21-09-2026 | Saat: 23:21
Bölmə:Karusel / Dünya | çapa göndər
Ukrayna münaqişəsi hazırda nizamlanması ən çətin olan beynəlxalq münaqişədir.
Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Cey Di Vens Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə açıqlamasında bildirib.
“Prezident Donald Tramp bildirib ki, Rusiya-Ukrayna müharibəsi böyük fərqlə nizamlanması ən çətin olan beynəlxalq münaqişədir”, – Vens deyib.
ABŞ vitse-prezidenti problemin həllinin çətin olduğunu etiraf etməklə yanaşı, Tramp administrasiyasının bu istiqamətdə səylərini davam etdirdiyini bildirib.
Vens sentyabrın 22-də Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilməsi planlaşdırılan təmasın müəyyən irəliləyişə gətirib çıxara biləcəyinə ümid etdiyini də söyləyib. Tramp və Zelenski bundan əvvəl Nyu-Yorkda görüşmək barədə razılığa gəliblər.
Digər xəbərlər




















