Saytımızı qiymətləndirin


 
 

Prezidentin təltif etdiyi jurnalist Modern.az-a DANIŞDI
Tarix: 08-09-2023 | Saat: 14:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Prezidentin təltif etdiyi jurnalist Modern.az-a DANIŞDI

 

Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə tanınmış jurnalist Flora Xəlilova (Xəlilzadə) "Şöhrət" ordeni ilə təltif edilib. 

 

Qarabaqinfo.az xəbər verir ki, sərəncamda jurnalistin Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edildiyi bildirilir.

 

Flora Xəlilzadə saytımıza açıqlamasında təəsüratlarını bölüşüb. O, ilk xəbəri oğlundan aldığını qeyd edib.

 

"Dünəndən hələ sevincimdən özümə gələ bilməmişəm. Minnətdarlıq bildirməyə 40 ilin qələm sahibi söz tapmır", - Flora Xəlilzadə deyib.

 

O, təltifə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

 

Qeyd edək ki, Flora Xəlilova  23 avqust 1955-ci ildə Zəngəzur mahalının Sisian rayonunun Urud kəndində anadan olub. Hazırda Azərbaycan Televiziyasının (AzTV) "Ədəbi-dram verilişləri" Baş Redaksiyasının baş redaktoru vəzifəsində çalışır.

 

4 mart 2013-cü ildə jurnalistika sahəsindəki səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar Jurnalist" Fəxri adına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.



Xəbəri paylaş

194 dəfə oxunub.

Digər xəbərlər