Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Vens: Ukrayna münaqişəsi nizamlanması ən çətin olan beynəlxalq münaqişədir
Ana Sayfa > Karusel / Dünya > Vens: Ukrayna münaqişəsi nizamlanması ən çətin olan beynəlxalq münaqişədir

Vens: Ukrayna münaqişəsi nizamlanması ən çətin olan beynəlxalq münaqişədir


21-09-2026, 23:21. Yazar: Admin

Vens: Ukrayna münaqişəsi nizamlanması ən çətin olan beynəlxalq münaqişədir

Ukrayna münaqişəsi hazırda nizamlanması ən çətin olan beynəlxalq münaqişədir.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Cey Di Vens Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə açıqlamasında bildirib.

“Prezident Donald Tramp bildirib ki, Rusiya-Ukrayna müharibəsi böyük fərqlə nizamlanması ən çətin olan beynəlxalq münaqişədir”, – Vens deyib.

ABŞ vitse-prezidenti problemin həllinin çətin olduğunu etiraf etməklə yanaşı, Tramp administrasiyasının bu istiqamətdə səylərini davam etdirdiyini bildirib.

Vens sentyabrın 22-də Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilməsi planlaşdırılan təmasın müəyyən irəliləyişə gətirib çıxara biləcəyinə ümid etdiyini də söyləyib. Tramp və Zelenski bundan əvvəl Nyu-Yorkda görüşmək barədə razılığa gəliblər.


Geri dön