Saytımızı qiymətləndirin


 
 

Putin Ukraynada döyüşən qatili əfv edib
Tarix: 12-01-2024 | Saat: 12:49
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya prezidenti Vladimir Putin Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak etdiyinə görə üç nəfərin ölümündə təqsirli bilinən məhbusu əfv edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Mediazona” məlumat yayıb.

Nəşr yazır ki, Volqoqrad vilayətinin sakini Denis Zubov 2013-2014-cü illərdə keçmişdə münasibətdə olduğu qadını, sonra həmin qadının  sevgilisini, daha sonra isə təsadüfi qurbana çevrilmiş pensiyaçını öldürüb. Cinayətkar özünü manyak kimi göstərmək və istintaqı çaşdırmaq üçün meyitləri parçalayıb.

2017-ci ilin martında Zubov təqsirli bilinib və Volqoqrad vilayət məhkəməsi onun 21 il müddətinə ciddi rejimli koloniyada cəza çəkməsi ilə bağlı hökm verib.

Məhkum artıq həbsdə olarkən “Vaqner”lə müqavilə bağlayıb və Ukraynaya döyüşməyə gedib, Orada ötən ilin aprelində Baxmut uğrunda döyüşlərdə ölüb.



Xəbəri paylaş

1111 dəfə oxunub.

Digər xəbərlər