Saytımızı qiymətləndirin


 
 

“Turan Tovuz” və “Kəpəz” Premyer Liqaya buraxılıb
Tarix: 06-05-2022 | Saat: 12:45
Bölmə:Karusel / İdman | çapa göndər

“Turan Tovuz” və “Kəpəz” Premyer Liqaya buraxılıb

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

İclasda 2022-2023-cü il mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün müraciət edən klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2021) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra müvafiq qərarlar verib.

Nəticədə “Turan Tovuz”la “Kəpəz” Premyer Liqaya buraxılıb.

1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilib: "Qarabağ" FK, "Neftçi" PFK, “Zirə” PFK, “Şamaxı” FK, “Sabah FK”, "Qəbələ" İK

2. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməyib: “Səbail” PFK, “Sumqayıt” FK

3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilib: “Səbail” PFK, “Sumqayıt” FK, “Kəpəz” PFK, “Turan Tovuz” PFK

4. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməyib: “Qaradağ-Lökbatan” FK, “Zaqatala” FK, MOİK

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Qeyd edək ki, “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2021) 13-cü maddəsinə müvafiq olaraq, 2022-2023-cü il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur.



Xəbəri paylaş

277 dəfə oxunub.

Digər xəbərlər
5-01-2021, 15:20 SMS-icazə ləğv edilir?