Saytımızı qiymətləndirin


 
 

Türkiyə Azərbaycana 14 milyon qrant verəcək
Tarix: 12-01-2024 | Saat: 10:46
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Türkiyə Azərbaycana 14 milyon qrant verəcək

 

“Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Qrant Sazişi” qüvvəyə minib.

 

Qarabaginfo.az xəbər verir ki, sənəd Türkiyənin rəsmi qəzetində dərc olunub.

 

Saziş  Türkiyə Xəzinədarlıq və Maliyyə Nazirliyi və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında ötən ilin dekabr ayında imzalanıb.

 

“Türkiyə-Azərbaycan Beynəlxalq Meşə Tədris Mərkəzi və Fidanlıq Təsərrüfatı” layihəsi çərçivəsində Azərbaycana 250 milyon TL-yə (14 175 000 AZN) qədər qrant veriləcək.

 

Qrant layihənin maliyyələşdirilməsinə sərf olunacaq. Layihənin dəyəri 250 milyon TL-dən az olarsa, Azərbaycan qalan qalığı tələb etməyəcək. 

 

Qrant çərçivəsində bütün ödənişlər və əməliyyatlar hər növ vergilərdən, rüsumlardan, xərclərdən və fond ödəmələrindən azad ediləcək.

 

Qrant sazişi 2025-ci ilin dekabrın 31-dək qüvvədə olacaq.

 

Qeyd edək ki, 2022-ci il oktyabrın 20-də Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin oktyabrın 20-də təməlqoyma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.



Xəbəri paylaş

178 dəfə oxunub.

Digər xəbərlər