Saytımızı qiymətləndirin


 
 

Bakıda qızı zorla evləndiriblər? - Rəsmi AÇIQLAMA (VİDEO)
Tarix: 10-01-2024 | Saat: 17:29
Bölmə:Karusel / Sosial | çapa göndər

Bakıda qızı zorla evləndiriblər? - Rəsmi AÇIQLAMA (VİDEO)

 

Toy mərasimində gəlin köçən xanımla bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

 

Araşdırmalarla müəyyən edilib ki, toy mərasimi 2022-ci ilin dekabr ayında rayonlardan birində keçirilib.

 

Tərəflər arasında yaranan mübahisəyə səbəb 18 yaşlı xanımın məcburi nikaha daxil edilməsi yox,  məişət xarakterli anlaşılmazlıq olub. Həmin anlaşılmazlıqda hüquqazidd hal, yaxud kriminal tərkib müəyyən edilməyib.

 

"TikTok" sosial şəbəkəsində gənc qızın zorla ərə verildiyi iddia edilən görüntülər yayılıb.

 

Qarabaginfo.az xəbər verir ki, görüntülərin Bakının NZS qəsəbəsində çəkildiyi iddia edilib.

 

Kadrların harada və nə zaman çəkildiyi məlum deyil. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu saytımıza açıqlamasında deyib ki, qurum yayılan görüntülər barədə məlumatlıdır.

 

“Aidiyyəti qurumların əməkdaşları ilə birlikdə videogörüntülərin respublikanın ərazisində lentə alınıb-alınmadığı, həqiqəti əks etdirib-etdirmədiyi araşdırılır. Yekun nəticədə barədə ictimaiyyətə məlumat veriləcək”, - o bildirib.

 

 



Xəbəri paylaş

1100 dəfə oxunub.

Digər xəbərlər