Saytımızı qiymətləndirin


 
 

Ötən il əcnəbilərin Azərbaycanda qeydiyyata alınması ilə bağlı 360 mindən çox müraciət olub
Tarix: 16-01-2026 | Saat: 10:50
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Picture background

Ötən il ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı 360233 müraciət daxil olub.

Bu barədə Qarabaginfo.az-ın sorğusuna cavab olaraq, Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.


"Müvafiq dövr ərzində ölkə ərazisində müvəqqəti yaşama icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı 82648, daimi yaşama icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı 4776 müraciət daxil olub", - Xidmətdən bildirilib.

Həmçinin qeyd edilib ki, Xidmətə 2025-ci il ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 11512 müraciət daxil olub.



Xəbəri paylaş

60 dəfə oxunub.

Digər xəbərlər
19-03-2022, 17:23 İranda zəlzələ olub